Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia”nın yazılı sorğusuna cavab olaraq Ermənistanın Mülki Aviasiya Komitəsindən bildirilib.
2020-ci ildə Avropa Komissiyası bütün Ermənistan aviaşirkətlərini uçuş təhlükəsizliyi üzrə “qara siyahı”ya daxil etmişdi. 2025-ci ilin payızında Aİ mövcud vəziyyəti qiymətləndirmək üçün yeni audit aparıb. 2026-cı il fevralın 3-də yekun mətbuat konfransında Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib ki, Ermənistanın aviasiya sektoru hələlik Aİ-nin “qara siyahı”sından çıxarılmayacaq, çünki yeni pozuntular aşkar edilib.
Ermənistan Mülki Aviasiya Komitəsindən bildirilib ki, payız səfəri zamanı qeydə alınan çatışmazlıqlar 2020-ci ildə aşkar edilənlərlə təkrarlanmır və əsasən komitənin uçuş fəaliyyətinin idarəsi tərəfindən hava gəmisi istismarçılarının sertifikatlaşdırılması və nəzarəti funksiyalarının icrası zamanı mövcud olan müəyyən boşluqlarla bağlıdır. Xüsusilə, aşkar edilmiş çatışmazlıqlar keyfiyyətin təminatı sisteminin (Compliance Monitoring System) tam tətbiq edilməməsi ilə əlaqədardır.
Alpər Mövludoğlu
Ordu.az